Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

Afrika Millətlər Kubokunda finalçılar bəlli olub.

Apasport.az xəbər verir ki, yarımfinalın ilk matçında Seneqal millisi Misir yığması ilə üz-üzə gəlib.

Gərgin keçən oyunun taleyini bir qol həll edib. Sadio Manenin 78-ci dəqiqədə vurduğu qolla Seneqal millisi adını finala yazdırıb - 1:0.

Digər yarımfinal görüşündə Nigeriya Mərakeşlə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Mərakeş finalda Seneqalın rəqibi olub - 4:2.