Sabirabadda cüdo təlim mərkəzi istifadəyə verilib

Sabirabadda cüdo təlim mərkəzi istifadəyə verilib

Sabirabadda cüdo təlim mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, öncə Sabirabad icra başçısının müavini Ceyran Xəlilova, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, qurumun baş katib Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, istifadəyə verilən cüdo təlim mərkəzi Sabirabadda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən mərkəzin ümumi sahəsi 322 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Onların sahəsi müvafiq olaraq 160 m2 və 46 m2-dir. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası məşğələlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.

Təlim mərkəzində idmançılar üçün lazımi şərait təmin edilib. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.

Tədbir günü Sabirabadan olan cüdoçular üçün dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.

ACF-in vitse-prezidenti Elnur Məmmədli bildirib ki, Sabirabadda yeni istifadəyə verilən təlim mərkəzi Sabirabaddacüdonun daha da kütləvləşdirilməsi, yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli komandaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Vitse-prezidentin sözlərinə görə, federasiya bundan sonrada regionlarda yeni cüdo məşq zallarının inşasına və bərpasına xüsusi diqqət ayıracaq.

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə, Ağstafada və Sabirabadda istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib

Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşib