Murad Musayev: "Heç bir komanda güzəştə getmək istəmirdi"

Murad Musayev: "Heç bir komanda güzəştə getmək istəmirdi"

"Çətin oyun alındı, ikili mübarizələr çox oldu. Heç bir komanda güzəştə getmək istəmirdi. Şadam ki, 90 dəqiqə dayanmadan mübarizə apardıq və ikinci hissədə vurduğumuz qollarla vacib qələbə qazandıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, kapitan Elvin Camalovla Amin Seydiyevin fasilədə əvəzlənməsi onların ikinci sarı vərəqəni almamaları üçün atılmış addım idi: "Qorxdum ki, meydandan qovularlar. Yəni, bu, onların çıxışı ilə bağlı deyildi".

Musayev zədədən sonra sıraya qayıdan Zurab Oçiqava və Namik Ələskərovun durumunu da dəyərləndirib: "Zurab 6 ay zədə üzündən oynamadı. Təlim-məşq toplanışında yoxlama matçlarında demək olar ki, meydana çıxmadı. 100 faiz hazır olduqdan sonra ona şans verə bilərəm. Amma onun mövqeyində çox güclü rəqabət var. Namikə gəlincə, dekabrda əməliyyat olundu və toplanış vaxtı yoxlama görüşlərində oynamadı. Son həftələrdə əvvəlki Namiki görməyə başlamışam".

40 yaşlı mütəxəssis "Qarabağ"la çempionluq mübarizəsinə tam hazır olmadıqlarını etiraf edib: "Başa düşürəm, jurnalistlər çempionatda intriqa istəyir. Amma nəzərə alaq ki, "Qarabağ" formalaşmış köklü klubdur. Biz isə gənc komandayıq. Hazırda liderdən 7 xal geri qalırıq. Söz verib onu etməmək düzgün deyil. Sadəcə, onu deyim ki, əlimizdən nə gəlirsə, edəcəyik. Ən yaxın izləyicimiz olan "Neftçi" də yaxşı transferlər edib. Əminəm ki, yenidən ayağa qalxacaqlar. Çox ciddi klubdur".

O, əsas hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib: "Qarşıda hələ 16 tur var. Rahatlaşa bilmərik. Çempionatı ikinci pillədə bitirsək, bu, bizim üçün uğur sayıla bilər".

Musayev zədəsini sağaldan Abdulaye Banın sıraya dönməsindən sonra müdafiə xəttində yaranacaq rəqabətdən də söz açıb: "Ba zədə səbəbindən toplanışın çox hissəsini buraxdı. Sabahdan komanda ilə məşqlərə qoşulacaq. Bəxtiyar Həsənalızadə isə son iki matçda çox yaxşı oynayıb. Hazırda nəsə demək çox çətindir. Ba sıraya qayıtdıqdan sonra fikir bildirmək olar".

Baş məşqçi indidən XXII turda "Qarabağ"a qarşı keçirəcəkləri matçı düşünməyin doğru olmadığını vurğulayıb: "Dediyim kimi, rəqib güclü komandadır. İki dəfə bizi məğlub ediblər".

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Millətlər Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub