Yüksək Liqa: XI turun növbəti oyunları keçiriləcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
"Gənclər" - "Xilasedici" matçı saat 17:00 start götürəcək.
Qadınların çempionatında isə saat 16:00-da "Gənclər" "Turan"la, 18:00-da "DH Volley" "Azərreyl"lə üz-üzə gələcək.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

https://qalaba.az//uploads/photo/yuksek-liqa-xi-turun-novbeti-oyunlari-kechirilecek.webp