"Samsunspor"dan MLS-ə - Holse ABŞ-a yollandı

"Samsunspor"dan MLS-ə - Holse ABŞ-a yollandı

MLS təmsilçisi "Sent Luis Siti" "Samsunspor"un futbolçusu Karlo Holsenin transferini rəsmən açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

"Sent Luis Siti" 26 yaşlı danimarkalı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.

Amerikalılar bu keçidə görə "Samsunspor"a 5,2 milyon avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Karlo Holse 2023-cü ilin yayında İsveçin "Rusenborq" klubundan "Samsunspor"a keçmişdi.

O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 39 oyunda 16 qol vurub və 10 məhsuldar ötürmə edib.