Yüksək Liqa: “Murov” “Neftçi”yə qalib gəlib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.
“QELEBE.AZ”un məlumatına görə, IV turun ilk oyunu keçirilib.
Lider “Murov” “Neftçi” ilə görüşdə də büdrəməyib. “Neftçi”nin gücü yalnız bir set qazanmağa çatıb. Yekunda “Murov” rəqibini 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə məğlubiyyətə uğradıb.
Bu qalibiyyət sayəsində komanda xallarının sayını 12-yə çatdırıb.
Qeyd edək ki, tura MOİK - “Xarı bülbül” görüşü ilə yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/yuksek-liqa-murov-neftchiye-qalib-gelib.webp











