Millimiz Özbəkistanla üz-üzə gələcək
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.
QELEBE.AZ xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlanacaq.
Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Rusiyaya 1:7 hesabı ilə məğlub olub.

https://qalaba.az//uploads/photo/millimiz-ozbekistanla-uz-uze-gelecek.webp