Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəliblər.

UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. “Qəbələ” Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.

Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.

Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz”lə “Qarabağ” heç-heçə (1:1) ediblər. Bu gün “Neftçi” – “Sumqayıt”, fevralın 6-da isə “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

16:24

Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ” ilə qarşılaşan “Zirə” penaltini dəyərləndirə bilməyib.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi qarşılaşmanın 23-cü dəqiqəsində hesabda önə keçmək imkanı əldə edib.

Urfan Abbasovun Hamidu Keytaya qarşı kobudluğundan sonra təyin olunan onbirmetrlik zərbəni Rəhim Sadıxov qola çevirə bilməyib. Onun zərbəsini Səlahət Ağayev dəf edib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə hesab 1:1-dir.

14:51

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda üz-üzə gələcək “Zirə” və “Qəbələ” komandalarının start heyətləri bəlli olub.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 47. Mohamed Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo

Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Futbol
Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Hacı Hacıyev: "Rusiyalı futbolçuların Azərbaycan millisində oynamasına pis baxmıram"

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
"Sabah" klubunun cəriməsi ləğv olunub

"Sabah" klubunun cəriməsi ləğv olunub

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"