Laurentsiu Regekampf: “Hesaba görə emosiyalı hisslər yaşamadım”

Laurentsiu Regekampf: “Hesaba görə emosiyalı hisslər yaşamadım”

“Hesaba görə o qədər də emosiyalı hisslər yaşamadım. Bu inamı mənə futbolçularım veriblər”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis getdikcə daha yaxşı çıxış edəcəklərinə əmindir: “Oyunun əvvəlindən sonuna qədər nəzarət bizim tərəfimizdə idik. Şanslardan yararlanmaq üçün daha yaxşı konsentrasiya olunmalı və ötürmələrdə sürətli davranmalıyıq. Bu cür davam etməliyik. Artıq ikinci oyundur ki, eyni “11-lik”lə çıxış edirik. Futbolçular bir-birlərini daha yaxşı tanımağa başlayırlar”.

48 yaşlı baş məşqçi yarımmüdafiə xəttində çıxış edən Azər Əliyevdən razılıq bildirib: “Azər həm cinahda, həm də mərkəzdə oynaya bilər. Onun daimi mövqeyi sol cinahdır. Orada daha yaxşı çıxış edir. Ancaq hazırda Eddi İsrafilov zədəlidir və bizə yerli oyunçu lazımdır. Azər indiki məqamda ən yaxşı çıxış yoludur. Ondan razıyam. İki matçdır həmin mövqedə oynayır və hər ikisində qələbə qazanmışıq”.

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında