Bəhlul Mustafazadə əməliyyat olunub
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
QELEBE.AZ xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

https://qalaba.az//uploads/photo/behlul-mustafazade-emeliyyat-olunub.webp