“Qarabağ”a qol vuran nigeriyalı futbolçu: “Onları məğlub edə bilərdik”

“Qarabağ”a qol vuran nigeriyalı futbolçu: “Onları məğlub edə bilərdik”

“Qarabağ”ı məğlub edə bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında Premyer Liqanın XXI turunda “Qarabağ”la heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.

Qarşılaşmada Gəncə klubunun yeganə qolunun müəllifi olan nigeriyalı yarımmüdafiəçi komandasının çıxışını yüksək dəyərləndirib: “Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar, meydandakı mübarizədən zövq aldılar. Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Məncə, möhtəşəm çıxış etdik. Xala layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var. Azarkeşlər qələbələrə hazır olmalıdırlar”.

Ayzaya vurduğu qolun komandasına xal qazandırmasından sevincli olduğunu vurğulayıb: “Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.

Qeyd edək ki, “Kəpəz” hazırda 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub