Türkiyə millisinin oyunu ingilislərə həvalə olunub
DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalı çərçivəsində Türkiyə ilə Kosovo arasında keçiriləcək matçının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, oyunu İngiltərədən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bört ilə Ceyms Meynverinq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanax yerinə yetirəcək.

https://qalaba.az//uploads/photo/turkiye-millisinin-oyunu-ingilislere-hevale-olunub.webp