Braziliya klubunda ayrılıq
Braziliya A Seriya təmsilçisi "Korintians" baş məşqçisi Dorival Juniorla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komandaya müvəqqəti olaraq U-20-nin baş məşqçisi Uilyam Batista rəhbərlik edəcək.
Dorival Juniorun rəhbərliyi altında "Korintians" Braziliya Kuboku və Superkubokunun qalibi olub.
Qeyd edək ki, 2025-ci ilin aprelindən komandaya rəhbərlik edən mütəxəssisin müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədər idi.

https://qalaba.az//uploads/photo/braziliya-klubunda-ayriliq.webp