Millimiz yenə məğlub oldu: 0:9!

Millimiz yenə məğlub oldu: 0:9!

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, Həbib Ağayevin yetirmələri Çexiya ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki keçirilən görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.