Topuria Armanı hədələdi: “Birinci raundda çənəsini qıraram”
İlia Topuria növbəti dəfə Arman Tsarukyan barədə sərt açıqlamaları ilə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, UFC çempionu rəqibinin davranışlarını tənqid edib və onun özünü reklam etməyə çalışdığını bildirib.
Topuria bildirib ki, pul və dəbdəbəli həyat insanı böyük etmir:
“Bahalı maşınlar, pullar nümayiş etdirmək heç nə demək deyil. Bunlar insanı zəngin etmir. Əsas olan daxili dünyadır”.
Gürcü əsilli ispaniyalı döyüşçü Tsarukyanın sosial şəbəkələrdə fərqli, real həyatda isə fərqli davrandığını iddia edib:
“İnternetdə hər kəs sərtdir. Amma üz-üzə gələndə tamam başqa cür davranırlar”.
O, mümkün döyüş barədə də iddialı danışıb:
“Arman mənim səviyyəmdə deyil. Əgər qarşılaşsaq, birinci raundda onun çənəsini qıraram”.
Topuria əlavə edib ki, indiyədək dediyi hər sözü qəfəsdə sübut edib və bunu davam etdirəcək.

https://qalaba.az//uploads/photo/topuria-armani-hedeledi-birinci-raundda-chenesini-qiraram.webp