İngiltərə çempionu III LİQADA!
“Lester Siti” mövsümü erkən bitirib.
Apasport.az xəbər verir ki, klub İngiltərənin sayca III divizionuna yuvarlanıb.
Komanda Çempionşipin XXXXIIII turunda “Hall Siti” ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.
Nəticədə "tülkülər" liqada qalmaq şansını itirib. Ötən mövsüm Premyer Liqada çıxış edən komanda üçün ardıcıl 2-ci il də uğursuz keçib.
Xatırladaq ki, “Lester” 2015/16 mövsümündə Klaudio Ranerinin rəhbərliyi altında İngiltərə çempionu olub.

https://qalaba.az//uploads/photo/ingiltere-chempionu-iii-liqada.webp