"Real" son dəqiqədə xal itirdi: Çempionluq gedir
İspaniya La Liqasında XXXII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün baş tutan yeganə qarşılaşmasında "Real Madrid" "Betis"lə üz üzə gəlib.
Çempionluq şansını davam etdirmək istəyən "Real" oyuna 3 xal qazanmaq üçün çıxıb. Oyuna yaxşı başlayan "kral klubu" Vinisiusun qoluyla hesabda önə də keçib.
Oyunun son dəqiqəsinə 1:0 üstünlüklə girən Madrid təmsilçisi 94-cü dəqiqədə faciə yaşayıb. Hektor Bellerin matçın bitməsinə saniyələr qalarkən "Betis"in bərabərlik qolunu vurub: 1:1.
Xallarının sayını 74-ə yüksəltməsinə baxmayaraq çempionluq şansını xeyli çətinə salan "Real" lider "Barselona"dan 8 xal geri qalır.
Kataloniyalıların ehtiyatında əlavə 1 oyun var.

https://qalaba.az//uploads/photo/quotrealquot-son-deqiqede-xal-itirdi-chempionluq-gedir.webp