“Trabzonspor” Onananın əvəzedicisini tapdı
İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted” yay transfer pəncərəsində qapıçısı Altay Bayındır ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, türkiyəli qolkiperin vətəninə qayıtması gözlənilir.
Onunla “Trabzonspor” yaxından maraqlanır.
Qara dəniz təmsilçisi onu Andre Onananın əvəzedicisi kimi nəzərdən keçirir.
Qeyd edək ki, belçikalı qapıçı Seni Lammensin gəlişindən sonra əsas heyətdəki yerini itirən Altay Bayındır cari mövsümdə “Mançester Yunayted” forması ilə 6 oyunda meydana çıxıb.

https://qalaba.az//uploads/photo/trabzonspor-onananin-evezedicisini-tapdi.webp