Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO
Türkiyənin Trabzon şəhərində keçirilən boks gecəsi qalmaqallı hadisə ilə yadda qalıb.
QELEBE.AZ xəbər verir ki, türkiyəli boksçu Emirhan Kalkan UBO versiyası üzrə dünya çempionluq kəməri uğrunda rusiyalı rəqibi Sergey Qoroxovla Beşirli İdman Zalında qurulan rinqdə üz-üzə gəlib.
Görüşün 3-cü raundunda Rusiya təmsilçisinin komandasının rəqibə qarşı hörmətsiz davranışı səbəbindən rinqdə gərginlik yaranıb. Qısa müddətdə bu gərginlik kütləvi davaya çevrilib.
Xüsusi təhlükəsizlik əməkdaşları insidentə çətinliklə müdaxilə ediblər. Baş verən hadisələrə görə qarşılaşma yarımçıq dayandırılıb.
Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilir.
Həmin anları sizə təqdim edirik:

https://qalaba.az//uploads/photo/boks-gecesinde-shok-anlar-rinqde-kutlevi-dava-video.webp