“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı məğlub edib
Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.
APA xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.
Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
“Fənərbaxça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

https://qalaba.az//uploads/photo/qalatasaray-oz-meydaninda-fenerbaxchani-meglub-edib.webp











