Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

APA xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olub. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO