“Zirə” Tovuz səfərində - YENİLƏNİR
Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutacaq.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gələcək.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv səfərdən 3 xalla qayıtmaq niyyətindədir. “Qartallar” bu nəticə ilə “Neftçi” ilə xal fərqini artırmağı planlaşdırır.
Tovuz təmsilçisi isə ikincilik uğrunda mübarizədə bu görüşü qələbə ilə başa vurmaq istəyir.
Görüş saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası
XXIX tur
18:00. "Turan Tovuz" - "Zirə"

https://qalaba.az//uploads/photo/zire-tovuz-seferinde-yenilenir.webp