Premyer Liqa: "Siti"dən kritik xal itkisi
İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçında "Çelsi" doğma meydanda sürpriz şəkildə "Nottingem Forrest"ə məğlub olub: 1:3.
Günün son matçında çempionluq yolunda vacib görüş keçirilib.
"Mançester Siti" "Everton"un qonağı olub.
Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qalib müəyyənləşməyib: 3:3.
Bu nəticədən sonra "Siti" xallarının sayını 71-ə yüksəldib. Lider "Arsenal"dan 5 xal geri qalan Qvardiolanın yetirmələrinin ehtiyatında baş tutmamış 1 oyun var.
Təxirə salınan matçda "Siti" - "Kristal Pelas"la üz-üzə gələcək.
Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb.

https://qalaba.az//uploads/photo/premyer-liqa-quotsitiquotden-kritik-xal-itkisi.webp