“Şamaxı”nın ev kabusu: Bu mövsüm üçüncü dəfə böyük hesabla uduzdu
“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.
Apasport.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Misli Premyer Liqasının XXX turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub.
Komanda 363-cü ev oyununda buna üzülüb.
“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/23 mövsümündə qeydə alınmışdı.
Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

https://qalaba.az//uploads/photo/shamaxinin-ev-kabusu-bu-movsum-uchuncu-defe-boyuk-hesabla-uduzdu.webp