I Liqa: Lider çempionluğunu rəsmiləşdirə bilmədi - YENİLƏNİB

I Liqa: Lider çempionluğunu rəsmiləşdirə bilmədi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, lider “Şəfa” autsayder “Difai” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qol səsi çıxmayıb və qonaqlar çempionluğunu rəsmiləşdirə bilməyib - 0:0.

Qeyd edək ki, oyun saat 16:00-da start götürüb.

I Liqa

XXV tur

16:00. “Şimal” – MOİK 1:1

Şamaxı OİK stadionu

16:00. “Difai” – “Şəfa” 0:0

Buzovna qəsəbə stadionu

16:00. “Zaqatala” – “Səbail” 0:3

Zaqatala OİK stadionu