Nikola Ninkoviç mükafatlandırılıb

Nikola Ninkoviç mükafatlandırılıb

Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində  aprel ayının ən yaxşı qolunun müəllifi olan Nikola Ninkoviç mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, "Sumqayıt" klubunun futbolçusuna mükafat Misli Premyer Liqasının XXXI turunun "Sumqayıt" – "Araz-Naxçıvan" görüşündən əvvəl təqdim edilib.

Mərasimdə Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev iştirak edib.