"Neftçi"nin çempion komandası mükafatlandırıldı
"Neftçi"nin U-15 komandası mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, U-15 Liqasında sona 3 tur qalmış çempionluğu rəsmiləşdirən baş məşqçi Eldəniz Məmmədovun yeirmələrinə “Ulduz”la son tur oyunundan (1:2) sonra kubok və qızıl medallar təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Neftçi”nin və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər. 2-ci yeri tutan “Sabah”a gümüş, 3-cü yerin sahibi “Ulduz”a isə bürünc medallar verilib.
Bundan əlavə, Kənan Əzimov (“Neftçi”) mövsümün ən yaxşı futbolçusu, Ramil İsmayıllı (“Karvan-Yevlax”) isə ən yaxşı bombardiri kimi xüsusi mükafata layiq görülüb.

https://qalaba.az//uploads/photo/quotneftchiquotnin-chempion-komandasi-mukafatlandirildi.webp