Advokat yenidən Kuraçao millisində - RƏSMİ

Advokat yenidən Kuraçao millisində - RƏSMİ

Dik Advokat yenidən Kuraçao millisinin baş məşqçisi təyin olunub. 

Apasport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

78 yaşlı mütəxəssis fevral ayında qızının səhhətində yaranan ciddi problemlərə görə komandadan ayrılmışdı.

Həmin posta Fred Rutten təyin olunsa da, çalışdırıcı dünən istefa verib. 

Qeyd edək ki, Kuraçao millisi DÇ-2026-nın qrup mərhələsində Almaniya, Ekvador və Fil Dişi Sahili ilə qarşılaşacaq.