Qarabağ atları və milli musiqimiz Avropada - VİDEO

Qarabağ atları və milli musiqimiz Avropada  - VİDEO

Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından APA-ya verilən xəbərə görə, 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan CHIO Aachen beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Wimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk 100-lükdə qərarlaşan tanınmış idmançılar iştirak ediblər.

Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.

Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatıb.

Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, Aachen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu baxımdan CHIO Aachen hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb