Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
QELEBE.AZ xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.
Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.
Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

https://qalaba.az//uploads/photo/azerbaycanin-voleybol-millisi-belarusdaki-telim-meshq-toplanishini-basha-vurub.webp