Azərbaycan Həndbol Federasiyası region məşqçiləri üçün seminar keçirib

Azərbaycan Həndbol Federasiyası region məşqçiləri üçün seminar keçirib

Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, "AHF Arena"da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.

AHF-in idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov çıxış edərək məşqçiləri salamlayıb, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə iş planı barədə məlumat verərək yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb.

Lazım olan invertar, vəsait barədə müzakirələr aparıldıqdan sonra qarşıda duran hədəflərdən danışılıb.

Həmçinin məşqçilərə hazırlıq prosesinin gedişatını federasiyaya təqdim etmələri tapşırılıb, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcəyi bildirilib.

Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub.

Yeni təmir olunan "AHF Arena" ilə tanışlıqdan sonra XXIX Azərbaycan çempionatının oyunları izlənilib.

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"