Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.
QELEBE.AZ xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.
7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib.
Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.
Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-chempionu-uzchess-cupda-birinci-yeri-resmileshdirdi.webp