Diaz ən yaxşı adına layiq görüldü
Dünya çempionatının K qrupunun I turunda keçirilən Özbəkistan – Kolumbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada Cənubi Amerika təmsilçisinin heyətində Luis Dias layiq görülüb.
Kolumbiyalı vinger görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kolumbiya Özbəkistanı 3:1 hesabı ilə məğlub edib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

https://qalaba.az//uploads/photo/diaz-en-yaxshi-adina-layiq-goruldu.webp