Fransa pley-offda - 1/16-ya vəsiqəni təmin etdi
Fransa millisi 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlib.
QELEBE.AZ xəbər verir ki, Didye Deşamın komandası I qrupunun II turunda İraqı 3:0 məğlub etməklə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Beləliklə, Fransa qrupda keçirdiyi ilk iki oyundan sonra topladığı 6 xalla son turun nəticəsindən asılı olmayaraq ilk iki pillədən birini təmin edib.
Qeyd edək ki, Fransa mundialdakı ilk matçında Seneqalı 3:1 hesabı ilə məğlub etmişdi. "Üçrənglilər" qrup mərhələsinin son turunda Norveçlə qarşılaşacaq.

https://qalaba.az//uploads/photo/fransa-pley-offda-116-ya-vesiqeni-temin-etdi.webp