DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət

DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət

2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatmaq üzrədir və artıq pley-off mərhələsinə yüksələn komandaların böyük əksəriyyəti müəyyənləşib.

Sporting News xəbər verir ki, turnirin yeni formatına əsasən, 12 qrupun ilk iki pilləsini tutan komandalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi də 1/16 final mərhələsinə vəsiqə qazanır.

A qrupundan Meksika qrup qalibi kimi növbəti mərhələyə yüksəlib. Cənubi Afrika ikinci yeri tutaraq pley-offa adlayıb. Cənubi Koreya və Çexiya isə mübarizəni dayandırıb.

B qrupunda İsveçrə birinci, Kanada ikinci yeri tutub. Bosniya və Herseqovina isə ən yaxşı üçüncü yerlərdən biri kimi pley-offa vəsiqəni təmin edib.

C qrupunda Braziliya və Mərakeş növbəti mərhələyə yüksəlib. Şotlandiya və Haiti isə turnirlə vidalaşıb.

D qrupunda ABŞ qrup qalibi olub, Avstraliya ikinci yeri tutub. Paraqvay ən yaxşı üçüncü yerlər sırasında yer almağı bacarıb. Türkiyə isə qrup mərhələsində mübarizəni başa vurub.

E qrupunda Almaniya birinci, Fil Dişi Sahili ikinci yeri tutaraq 1/16 finala yüksəlib. Ekvador da ən yaxşı üçüncü yerlərdən biri kimi pley-offa çıxıb.

F qrupunda Niderland qrup qalibi olub. Yaponiya ikinci yeri tutub, İsveç isə üçüncü pillədən növbəti mərhələyə yüksəlib.

G qrupunda Belçika birinci, Misir ikinci yeri tutaraq vəsiqəni təmin edib. İran və Yeni Zelandiya turnirlə vidalaşıb.

H qrupunda İspaniya qrup qalibi olub. Kabo-Verde ikinci yeri tutaraq növbəti mərhələyə yüksəlib. Uruqvay və Səudiyyə Ərəbistanı isə qrupda qalıb.

I qrupunda Fransa maksimum nəticə ilə birinci olub. Norveç ikinci yeri tutub. Seneqal isə ən yaxşı üçüncü yerlərdən biri kimi pley-off mərhələsinə vəsiqə qazanıb.

J qrupunda Argentina bütün oyunlarını qələbə ilə başa vuraraq lider olub. Avstriya ikinci yeri tutub, Əlcəzair isə üçüncü pillədən növbəti mərhələyə yüksəlib.

K qrupunda Kolumbiya birinci, Portuqaliya ikinci olub. Konqo Demokratik Respublikası isə ən yaxşı üçüncü yerlərdən biri kimi mübarizəni davam etdirəcək.

L qrupunda İngiltərə qrup qalibi olub. Xorvatiya ikinci yeri tutub. Qana da ən yaxşı üçüncü yerlərdən biri kimi pley-offa yüksəlib.

Hazırkı vəziyyətə görə, ən yaxşı üçüncü yerlər sırasında İsveç, Ekvador, Bosniya və Herseqovina, Paraqvay, Seneqal, Qana, Konqo Demokratik Respublikası və Əlcəzair yer alır.

Beləliklə, dünya çempionatında 1/16 final mərhələsinin cütlükləri artıq demək olar ki, tam formalaşıb və turnir həlledici mərhələyə qədəm qoyur.

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Futbol
Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb