Tərlan Əhmədov: "Bu gün oyunçulara demişdim ki, gözəl futbol istəmirəm"

Tərlan Əhmədov: "Bu gün oyunçulara demişdim ki, gözəl futbol istəmirəm"

"Bu gün oyunçulara demişdim ki, gözəl futbol istəmirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, qələbə həmişə xoş olur: "Bu gün yaxşı mübarizəli və dramatik futbol gördük. İlk dəfə idi ki, həddindən artıq çox həyacan keçirdim. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm".

Baş məşqçi görüşdən sonra onu istefaya səsləyən azarkeşlər barədə danışıb: "Bəzi məsələlər var ki, heç də xoş deyil. Buraya gələn gündən söz-söhbətlər olub. Onlara bir də qayıtmaq istəmirəm. Azarkeşlərin istefaya səsləməsinə gəlincə, "Səbail"ə 3:0 hesabı ilə qalib gələndə də məni istefaya çağıran insanlar var idi. Məni "Kəpəz"ə İlqar Nadiri dəvət edib. Bizim də danışığımız belə olub ki, komandanı Premyer Liqada saxlamaq lazımdır. Mənə deyilməyib ki, kimlərisə udmaq lazımdır. Aramızda belə söhbət olmayıb. Mənim mayadək sözləşməm var. Ondan sonra oturub müzakirə edəcəyik. Komanda çempionatda qalandan sonra kimi istəsələr, gətirərlər. Mən bundan da pis təzyiqlər görmüşəm. Oynadığım və baş məşqçi olduğum dövrlərdə çətinliklər yaşamışam. Bunun da qarşısını heç kim ala bilməz. Məni sevənlər də var".

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

Futbol
Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib