Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə Azərbaycanın U-19 millisinin üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
İdmançı 11-12 iyulda Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.
Qeyd edək ki, yarışa U-19 və U-23 yaş kateqoriyalarındakı idmançılar qatılacaqlar.

https://qalaba.az//uploads/photo/azer-ilyasov-achiq-litva-chempionatinda-mubarize-aparacaq.webp