Azərbaycan boksçuları “Strandja” beynəlxalq turnirində mübarizə aparacaq

Azərbaycan boksçuları “Strandja” beynəlxalq turnirində mübarizə aparacaq

Fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turniri start götürəcək.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 7 gün davam edəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Kişi boksçuların mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə yığmanın 2 üzvü çıxacaq. “Strandja”da Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq) gücünü yoxlayacaq.

Qadın idmançıların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya şans verəcək. Sofiyada ölkəmizi Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) təmsil edəcəklər.

Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alacaq.

Bu gün səfərə yollanan komanda fevralın 27-də Bakıya qayıdacaq.

Qeyd edək ki, sayca 74-cü dəfə təşkil olunacaq yarışda 42 ölkədən 470-dən çox boksçunun iştirakı gözlənilir.

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Döyüş növləri
Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin DÇ üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb