Vadim Abdullayev rəsmən "Kəpəz"də
"Kəpəz" növbəti transferini reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, “sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.

https://qalaba.az//uploads/photo/vadim-abdullayev-resmen-quotkepezquotde.webp