Murad Musayev: “Hakimliyin səviyyəsi çox bərbad idi”

Murad Musayev: “Hakimliyin səviyyəsi çox bərbad idi”

“Bu gün hakimliyin səviyyəsi çox bərbad idi”.

“Report” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis məğlubiyyətə səbəb kimi, matça uğursuz start götürmələrini göstərib: “Oyuna çox pis başladıq. Əsasən də ikili mübarizələri uduzurduq. Birinci hissədə müdafiə xəttində inamsız çıxış etdik. İkinci yarıda nə qədər çalışsaq da, görüşün axarını dəyişə bilmədik. İkinci hissədə qol imkanlarımız oldu, reallaşdıra bilmədik. Rəqib isə əks-hücumlardan çox təhlükəli idi. Müdafiədə buraxdığımız kobud səhvdən ikinci qolu vurdular. Məğlubiyyətdə günahkar özümüzük, istədiklərimizi edə bilmədik”.

40 yaşlı məşqçi birinci hissədə qırmızı vərəqə alaraq texniki zonadan qovulmasına da münasibət bildirib: “Niyə qırmızı vərəqə göstərdiyini hakimdən soruşmaq lazımdır. Futbol emosiya oyunudur. Hakim bir istiqamət götürməlidir. Ya sərt, ya da yumşaq oyuna imkan verməlidir. O, bu gün çox ədalətsiz qərarlar verdi. Məsələn, mənə görə Amin Seydiyevə qarşı hərəkət qayda pozuntusu idi. Referi mübarizəni davam etdirdi və sonra qapımıza penalti göstərdi. Buna görə də emosional oldum və qırmızı vərəqə aldım”.

Murad Musayev son vaxtlar hakimlərin yanlış idarəçiliklərindən şikayətlənib: “Hakimlər bundan əvvəlki oyunlarda da kobud səhvlərlə yadda qaldılar. Neçə dəfə sürətli hücumlarımızın qarşısını yanlış qərarlarla alıblar. Sizə bizim matçlardan 10 kobud hakim səhvi göstərə bilərəm”.

Qeyd edək ki, “Sabah” 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Futbol
Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Azərbaycan kubokunda 1/4 final oyunlarının vaxtı açıqlanıb

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb

Futbol
Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Futbol
“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

Futbol
Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Azərbaycanda işləmiş mütəxəssis İngiltərə klubunun müvəqqəti baş məşqçisi olub

Futbol
Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib

Azərbaycan əsilli futbolçunun İrandakı restoranı və mağazası möhürlənib