Ronaldo millidən gedir? – Tarix açıqlandı

Ronaldo millidən gedir? – Tarix açıqlandı

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun yığmadakı karyerasını başa vuracağı tarix məlum olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə "GOAL" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 40 yaşlı hücumçunun sentyabrın 24-də UEFA Millətlər Liqasında Uelsə qarşı keçiriləcək matçdan sonra milli komanda ilə vidalaşacağı gözlənilir.

Kriştiano Ronaldo daha əvvəl 2026-cı il dünya çempionatından sonra turnirin onun üçün son DÇ olduğunu açıqlamışdı.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur. O, yığma ilə AVRO-2016 və UEFA Millətlər Liqası 2018/2019, həmçinin 2024/2025 mövsümlərinin qalibi olub.