DÇ: Qurban Məcnunov mundialla vidalaşdı
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Hariom Hariomla üz-üzə gəlib.
Gərgin keçən görüş 3:3 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən qələbə hindistanlı güləşçiyə verilib. Bununla da Məcnunov dünya çempionatı ilə erkən vidalaşıb.
Qeyd edək ki, Qurban Məcnunov təsnifat mərhələsində Qırğızıstan təmsilçisi Alixan Minazarovu 9:1 hesabı ilə məğlub etmişdi. U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qalaba.az//uploads/photo/dch-qurban-mecnunov-mundialla-vidalashdi.webp