36 yaşlı qapıçı La Liqa klubunda
Macarıstan millisinin qapıçısı Peter Qulaçi karyerasını İspaniyada davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, 36 yaşlı qolkiper Almaniyanın “Leyptsiq” klubundan “Vilyarreal”a transfer olunub.
Tərəflər 2 illik müqavilə imzalayıblar. Keçidin məbləği 2 milyon avro təşkil edib.
Qeyd edək ki, Peter Qulaçi ötən mövsüm Bundesliqada 23 oyunda meydana çıxıb və qapısında 34 top görüb.

https://qalaba.az//uploads/photo/36-yashli-qapichi-la-liqa-klubunda.webp