Azərbaycan qılıncoynadanı medalın bir addımlığında uduzub

Azərbaycan qılıncoynadanı medalın bir addımlığında uduzub

Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Estoniyanın paytaxtı Tallində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medalın bir addımlığında uduzub.

"QELEBE.AZ"un məlumatına görə, qız sablyaçıların şəxsi yarışında mübarizə aparan idmançı qrup mərhələsini 4 qələbə ilə başa vurub. İlk görüşdə yerli Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələn Hüseynova ən güclü "32-liy"ə yüksəlib. Ardınca isveçli Emma Ohman (15:8) və rumıniyalı Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran sablyaçı 1/4 finala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda Rumıniya təmsilçisi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzaraq, medalsız qalıb.

Beləliklə, 2 il öncə Misirin paytaxtı Qahirədə keçirilmiş yeniyetmə və gənclərin dünya çempionatında bürünc medal qazanan Hüseynova Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, bunu bacarmayıb.

Azərbaycanın digər sablyaçılarından Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Bu raundda fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn idmançı 1/16 finala adlayıb. Lakin o, növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benkiuya uduzub - 10:15. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola 13:15 hesabı ilə məğlub olub. Valentina Zeynalova isə qrupdan çıxa bilməyib.

Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə Azərbaycan təmsilçisi çıxışını qrup mərhələsindəcə başa vurub.

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"