Benzema Messinin rekordunu təkrarlayıb
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.
"QELEBE.AZ"un məlumatına görə, 36 yaşlı hücumçu buna İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.
Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi təkrarlaya bilib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurur.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.

https://qalaba.az//uploads/photo/benzema-messinin-rekordunu-tekrarlayib.webp











