“Şəfa” bu gün iki yoxlama oyunu keçirəcək
Yeni mövsümün hazırlığını davam etdirən “Şəfa” bu gün yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama görüşlərinə çıxacaq.
QELEBE.AZ xəbər verir ki, komanda ilk sınaq matçında saat 10:30-da “Neftçi-2” ilə qarşılaşacaq.
Görüş “Neftçi” Futbol Mərkəzində keçiriləcək.
“Şəfa” günün ikinci oyununda isə saat 11:00-da “Qarabağ-2” ilə üz-üzə gələcək. Qarşılaşma “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutacaq.

https://qalaba.az//uploads/photo/shefa-bu-gun-iki-yoxlama-oyunu-kechirecek.webp