Millimizdən çətin qələbə
U18 qızlardan ibarət milli komandamız FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda 17–20-ci yerlər uğrunda təsnifat mərhələsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Şimali Makedoniya yığmasına 75:73 hesabı ilə qalib gəlib.
İlk hissədən sonra hesab 40:42 rəqibin xeyrinə olsa da, millimiz üçüncü hissədə üstünlüyü ələ keçirərək qarşılaşmanı qələbə ilə başa vurub.
Millimiz 17–20-ci yerlər uğrunda mübarizədə növbəti oyununu avqustun 8-də Estoniya yığmasına qarşı keçirəcək.

https://qalaba.az//uploads/photo/millimizden-chetin-qelebe.webp