“Sabah”ın rəqibi BƏLLİ OLDU

“Sabah”ın rəqibi BƏLLİ OLDU

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulur.

Apasport.az xəbər verir ki, başa çatan oyunlardan sonra "Sabah"ın rəqibi də bəlli olub.

Azərbaycan təmsilçisi pley-off mərhələsində İsrailin "Hapoel Beer Şeva" klubu ilə qarşılaşacaq.

Komanda III təsnifat mərhələsində "Srvena Zvezda"nı mübarizədən kənarlaşdırıb. İki oyunun nəticəsinə görə hesab 3:0 olub.