"Şəfa"dan 4 yeni transfer - RƏSMİ

"Şəfa"dan 4 yeni transfer - RƏSMİ

“Şəfa” klubu növbəti transferlərini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb.

Komanda 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşçı vinger Elmar Məmmədovla müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ayxan, Elmar və Eltun ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan isə 1 illik sözləşməyə imza atıb.