İspaniya Superkuboku İstanbulda keçiriləcək – Yarımfinal cütləri açıqlandı
İspaniya Superkubokunun 2027-ci ildə keçiriləcəyi məkan bəlli olub.
QELEBE.AZ xəbər verir ki, turnir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Oyunlar fevralın 2-7-si aralığında Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Yarımfinal mərhələsində “Real Sosyedad” “Real Madrid”lə, “Barselona” isə “Atletiko” ilə üz-üzə gələcək.
Qeyd edək ki, İspaniya Superkubokunda 4 komanda mübarizə aparacaq. Turnirin qalibi final görüşündən sonra müəyyənləşəcək.

https://qalaba.az//uploads/photo/ispaniya-superkuboku-istanbulda-kechirilecek-yarimfinal-cutleri-achiqlandi.webp